EduFinance.az şagird borcları, müqavilələr, ödənişlər, əmək haqqı, xərclər, inventar və hesabatları vahid platformada birləşdirir. Məqsədimiz məktəbinizin maliyyə proseslərini daha sürətli, şəffaf və sistemli etməkdir.
Məktəbinizin gündəlik maliyyə və idarəetmə əməliyyatlarını vahid sistemdə toplamaq üçün hazırlanmış modullar.
Şagird məlumatları, müqavilələr, borc xülasələri və ödəniş tarixçəsi bir ekranda idarə olunur.
Şablon əsaslı müqavilə yaratmaq, avtomatik nömrələmə, çap və PDF ixrac funksiyaları.
Brüt əmək haqqı, gəlir vergisi, DSMF, İTS, işsizlik və həmkarlar ittifaqı tutulmalarının avtomatik hesablanması. 3/6/9/12 aylıq Excel export.
Gəlir-xərc analizi, borc hesabatları, kassa və bank balansı real vaxt göstəriciləri ilə izlənir.
Məktəb inventarı, sərfiyyat materialları, verilmə və geri qaytarılma əməliyyatları nəzarətdə saxlanılır.
Hər məktəb üçün ayrıca məlumat bazası, subdomain, lisenziya və rol əsaslı icazə sistemi.
Qüvvədə olan qanunvericiliyə uyğun avtomatik hesablama – gəlir vergisi, DSMF, İTS, işsizlik və həmkarlar ittifaqı tutulmaları.
Qeydiyyatdan keçirsiniz, müraciətiniz təsdiqlənir və məktəbiniz üçün ayrıca sistem mühiti yaradılır.
Təşkilat tipinizi seçin və əsas məlumatları qeydiyyat forması vasitəsilə göndərin.
Müraciətiniz yoxlanılır, təsdiqlənir və məktəbiniz üçün ayrıca subdomain və giriş məlumatları hazırlanır.
Giriş məlumatları ilə sistemə daxil olur, əməkdaşları, şagirdləri və maliyyə məlumatlarını daxil edirsiniz.
EduFinance.az müxtəlif ölçülü və fərqli idarəetmə modelinə sahib təhsil qurumlarına uyğunlaşdırıla bilər.
Təlim mərkəzləri və hazırlıq kursları üçün çevik ödəniş və müqavilə idarəetməsi.
Uşaq bağçaları üçün ödəniş, qidalanma və xidmət haqlarının sadə uçotu.
Müxtəlif ödəniş və daxili uçot prosesləri üçün sistemli idarəetmə paneli.
Təhsil haqqı, müqavilə, borc və hesabat prosesləri üçün tam funksional həll.
Qeydiyyat, dashboard, müqavilələr, ödənişlər, əmək haqqı, hesabatlar və rol sistemi üzrə addım-addım izahlı təlimat.
Müəssisənizin ölçüsü, istifadəçi sayı və seçilən modullara əsasən fərdi təklif hazırlanır.
Dəqiq qiymət məktəbinizin şagird sayı, seçilən modullar və texniki ehtiyacları nəzərə alınaraq təqdim olunur.
Sistem, qeydiyyat, qiymət və təhlükəsizliklə bağlı əsas cavablar.
Demo tələb edin, ehtiyaclarınızı bildirin və təhsil müəssisəniz üçün ən uyğun həlli müəyyənləşdirin.